Bakı Nəqliyyat Agentliyi paytaxt daxilində 7 avtobus marşrutu üçün daşıyıcı seçiminə dair müsabiqə elan edir. Bu barədə BNA-dan məlumat verilir.
Seçim müsabiqə üsulu ilə aparılır.
“Yeni daşıyıcıların seçimi məqsədilə 3, 4, 15, 65, 149, 164 və 195 nömrəli müntəzəm marşrutlar müsabiqəyə çıxarılıb”, - məlumatda deyilir.
Öncə BNA 49, 50, 64, 136, 160, 171, 1, 2, 18, 61, 147 və 217 nömrəli müntəzəm marşrutlar müsabiqəyə çıxarıb. **
N.Abbasova