2018-ci ilin sonu - 2019-cu ilin əvvəlində Azərbaycan “Milli boat” yüksək sürətli katerlərin istehsalına başlayacaq. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə «Caspian Ship Building Company» (CSBC) şirkətinin baş direktoru Fuad Fətəliyev deyib.
“Carim ilin sonu - gələn ilin əvvəlində 4 növ “Milli boat” yüksək sürətli katerlərin istehsalı nəzərdə tutulur. Ümumilikdı, 2019-cu ildə 4 kater istehsal etmıyi planlaşdırırıq”, - F.Fətəliyev qeyd edib.
Onun sözlərinə görə, katerlər qanunsuz miqrasiya, terrorçuluğa qarşı mübarizə, brakonyerlik, narkotiklərin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı, həmçinin Azərbaycanın dənizdə neft-qaz infrastruklturunun müdafiəsi üçün nəzərdə tutulub.
“Milli boat” layihəsi MB FAB14 (Fast attack boat), MB FAB17 (Fast attack boat), MB FPB28 (Fast patrol boat) və MB FPB35 (Fast patrol boat) müasir yüksək sürətli katerlərin işlənilməsi və istehsalını nəzərdə tutur.
“Bütün katerlər sifarişçinin arzusuna uyğun silahlandılır. Korpus kompozit materiallardan hazırlanıb, onların bir hissəsi Azərbaycanda istehsal olunur. Katerlər Dövlət Sərhəd Xidməti DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində istehsal edilir”, - F.Fətəliyev əlavə edib. **
F.İsazadə