Bir sıra Azərbaycan şirkətləri “Worldfood Moscow 2018” Sərgisi çərçivəsində məhsul ixracına dair razılıqlar əldə ediblər. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat verir.
“Xüsusilə, “Grow Group” şirkəti ilə Rusiyanın “O Key Group" şirkəti arasında pomidor ixracına dair müqavilə imzalanıb. Bundan başqa, "Zirə Foods” şirkəti isə Rusiyanın “Maqnit” supermarketlər şəbəkəsində həftəlik 100 ton pomidorun satışına dair razılıq əldə edib”, - məlumatda deyilir.
Qeyd olunur ki, “Bakı Agropark” şirkəti ”Ptyorçka”, "Billa”, “Prekryostok” mağazalar şəbəkəsində məhsulların satışına dair ilkin razılığa gəlinib. “Binə Aqro” şirkəti ilə Rusiyanın “Maqnit”, “Ptyorçka” ticarət şəbəkələri və “Belaya Daça”( Horeca) şirkəti arasında Azərbaycan məhsulların satışına dair müqavilə imzalanıb.
Bununla yanaşı, “Binə Aqro” şirkəti ilə Dağıstan şirkəti arasında istixana komplekslərinin tikintisinə dair razılıq əldə edilib.
Azərbaycanın “Mars-FK” şirkəti Rusiyanın “Billa”, Moldovanın “Karpineks plyus”, Latviyanın “Dzintars” ticarət şəbəkələrində nar məhsulunun satışına dair müqavilə imzalayıb. **
B.Rüstəmbəyov