Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı Qarabağ münaqişəsi zonasında hərbi təyyarə və helikopterlərin uçuşlarına dair xəbərdarlıq edib.
“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində bu təxribat xarakterli addımı gərginliyin artması və ağır nəticələrə səbəb ola bilər”, - XİN-in bəyanatında deyilir.
XİN-dən əminlikdə bildirilir ki, sentyabrın 26-da Azərbaycan və Ermənistan XİN başçılarının ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Nyu-Yorkda keçiriləcək görüş ərəfəsində İrəvanın bu cür addımı həmsədrlərin fəaliyyəti və bütövlükdə danışıqlar prosesinə xəxəl gətirə bilər.
“Bir daha xatırladırıq ki, cəbhəyanı zonada gərginliyi artmasına görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”, - XİN-dən qeyd ediblər.
Ermənistan KİV məklumat verib ki, 25-28 sentyabr tarixlərində Dağlıq Qarabağda qondarma rejim hərbi təyyarə və helikopterlər cəlb olunmaqla tədris-təlimuçuşları keçirmək niyyətindədir. **
F.İsazadə