Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov İranla birlikdə transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi zərurətiniqeyd edir.
Sentyabrın 24-25-dəTehrana səfəri çərçivəsində R.Usubov iranlı həmkarı Əbdülrza Rəhmani Fəzli ilə görüşüb. Bu barədə DİN-dən məlumat verilir.
“Bu gün regionda cərəyan edən proseslərin qarşılıqlı şəkildə transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi zərurətini meydana çıxarır, - R.Usubov görüşdə bildirib.
Bununla əlaqədar nazir narkotik qaçaqmalçılığına, insan və qanunsuz silah alverinə, beynəlxalq terrorçuluğa qarşı səmərəli mübarizə aparmaq üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin, informasiya mübadiləsinin artırılmasının əhəmiyyətini vurğulayıb.
R.Usubov qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin İran ilə əlaqələrin inkişafına xüsusi önəm verir, dövlət başçılarının siyasi iradəsinin nəticəsi olaraq bu gün Bakı-Tehran əlaqələri yüksələn xətlə inkişaf edir, iki ölkənin münasibətləri səmimi dostluq və strateji tərəfdaşlıq xarakteri daşıyır.
Ə.Fəzli ölkəsində mövcud kriminogen durum barədə söz açıb. Onun sözlərinə görə, əlverişli coğrafi məkanda yerləşməsi səbəbindən İran qaçaqmalçılar tərəfindən tranzit kimi istifadə edilir.
“2017-ci ildə İranda 800 ton narkotik maddənin müsadirə edilib. Narkotik maddələrin qaçaqmalçılığına qarşı hüquq mühafizə orqanlarının apardıqları mübarizə nəticəsində 3 mindən çox polis və sərhədçi şəhid olub”, - o qeyd edib. **
F.İsazadə