Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərkosmos” ASC-dan məlumat verilir.
“Bu gecə “Arianespace” şirkətinə məxsus “Ariane-5″ daşıyıcı raketi ilə “Azerspace-2” peyki orbitə göndərilib. Peyk Kuru kosmodromundan orbitə buraxılıb”, - məlumatda deyilir.
“Azerspace-2” peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək və Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək. Yeni peykAzərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşıbirinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. **
A.Əzizov