Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin “ASELSAN” şirkəti arasında Anlaşma Memorandumu imzalandı. Bu barədə nazirlikdən məlumat verilir.
Sənəd rabitə vasitələrinin birgə istehsalına dair əməkdaşlığı nəzərdə tutur.
Memorandumu “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivısində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev "ASELSAN" şirkətinin idarə heyətinin sədri-baş direktor Haluk Görgün imzaladılar.
“ADEX” Beynəlxalq Müdafiə sərgisi Bakıda 2014-cü ildən etibarən Azərbaycan prezidentinin hamiliyi ilə keçirilir. Sərginin təşkilatçısı Müdafiə Sənayesi Nazirliyidir.**
F.İsazadə