“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nizamnamə kapitalı 2,2% - 408 mln. 749,12 manatadək artırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilir.
Qərara əsasən, “Azərsu”nun nizamnamə kapitalının artımı bir sıra dövlət əmlakının ASC-nin balansına verilməsi hesabına həyata keçirilib.
Xüsusilə, “Novxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş 13,6 km uzunluğunda magistral su xətti və 7,2 km uzunluğunda kanalizasiya kollektoru (dəyəri 4 mln. manat), “Zığ – Yeni Suraxanı avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolboyu su təchizatı sistemlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 mln. 330,62 manat olan 6,7 km uzunluğunda magistral su xətti “Azərsu”nun balansına verilib.
Ümumilikdə, 7 dövlət əmlakı “Azərsu”nun balansına verilib. **
A.Əzizov