Ermənistan və Azərbaycan rəhbərləri Nikol Paşinyan və İlham Əliyevin görüşü məqsəd olmamalıdır. Bunu Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan deyib.
“Bu görüş məqsəd, foto çəkdirmək üçün keçirilməməlidir, məzmunlu olmalıdır”, - T.Balayan bu gün keçirilən brifinqdə Ermənistan və Azərbaycan liderlərinin danışıq aparmaq imkanına dair suala cavabında bildirib.
Diplomat qeyd edib ki, çərşənbə günü axşam Nyu-Yorkda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan XİN başçıları Zoqrab Mnatsakanyan və Elmar Məmmədyarov arasında Qarabağ münaqişəsinin həllinə həsr olunan görüş keçiriləcək. **