Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi 203 mm kalibrli eksperimental taktiki raket “ADEX 2018” 3-cü Beynəlxalq müdafiə sərgisində nümayiş olunur.
“ETR-M” sırf Azərbaycan məmulatıdır. Bu raket Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun mühəndisləri tərəfindən istehsal olunub”, -İnstitutun baş direktoru Novruz Abdullayev “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
Onun sözlərinə görə, raketin “yer-yer”, həm də “yer-hava” tətbiqi nəzərdə tutulur.
“Raket bir neçə moduldan ibarətdir, bu da onları ayrılıqda sökmək, dəyişmək və modernləşdirməyə imkan yaradır. Modulların dəyişdirilməsi və ya modernləşməsi ilə raketin təyinatı və uçuş məsafəsini dəyişdirmək mümkündür”, - N.Abdullayev bildirib.
O qeyd edib ki, raketin döyüş başlığının kütləsi 50 kiloqramdır, INS GPS naviqasiya sistemi ilə təchiz olunub. N.Abdullayevin sözlərinə görə, hazırda raketin vertikal buraxılmasını nəzərdə tutan işəsalma qurğusu üzərində iş aparılır. **
F.İsazadə