Bakı və PodqoritsaMonteneqronun baş naziri Duşko Markoviçin Azərbaycana səfəri üzərində iş aparır. Bunu Monteneqro Xarici İşlər Nazirliyinin dövlət katibi Zoran Yankoviç deyib.
“Hazırda Monteneqronun baş nazirinin səfərinə hazırlıq işi aparılır. Bu səfər ikitərəfli münasibətlərin genişlənməsinə təkan verəcək”, - Z.Yankoviç Bakıda Azərbaycan və Monteneqro Xarici İşlər nazirlikləriarasında siyasi məsləhətləşmələrin birinci mərhələsizamanı bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan 2017-ci ilin nəticələrinə görə Monteneqroya sərmayə qoyuluşunun həcminə görə üçüncü ölkə olub.
“Monteneqro Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır və bu məqsədlə Bakıda diplomatik nümayəndəliyin açılması barədə siyasi qərar qəbul edilib”, - dövlət katibibildirib.
Siyasi məsləhətləşmələrdə Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini Xələf Xələfov qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi ikitərəfli münasibətlərin potensialına cavab vermir.
O, iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə hökumətlərarası komissiyanın fəaliyyətinin, biznes-forumların və digər tədbirlərin təşkilinin, qarşılıqlı sərmayələrin yatırılmasının vacibliyini qeyd edib. **
F.İsazadə