Azərbaycan və Monqolustan prezidentləri İlham Əliyev və Xaltmaaqiyn Battulqa Milli Gimnastika Arenasında dünya çempionatının yarımfinalına baxıblar. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycan və Monqolustan liderləri ilə yanaşı Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer də dünya çempionatının yarımfinalını izləyib.
Yüz kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri yarımfinalda Özbəkistan idmançısı Bekmurod Oltıboevə qalib gələrək finala yüksəlib. Çempionatın finalında cüdoçumuz gürcüstanlı Quram Tuşişvili ilə qarşılaşacaq. **
F.İsazadə