Azərbaycan prezidenti İlham Əliyev Qızılağac Milli Parkının yaradılması haqqındasərəncam imzalayıb.
Sərəncama əsasən, Qızılağac Milli Parkı Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yaradılır. Milli Parkın ərazisi 99,06 min hektar təşkil edəcək.
Milli Parkın yaradılması məqsədilə Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığına aid torpaqlardan 10,39 min hektar və Neftçala rayonunun inzibati ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarından 309,11 hektar ayrılır.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. **
B.Rüstəmbəyov