Ukraynanın “İndar” şirkəti əczaçılıq zavodunun tikintisi üzrə hazırlıq işlərini başa çatdırmaq üzrədir. Bunu Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko deyib.
Həmçinin səfir qeyd edib ki, yaxın zamanda Bakıda “Ukrayna” Ticarət Evinin rəsmi açılışı olacaq.
A.Mişenko “Rusiyanın hərbi təcavüzünə baxmayaraq” Ukraynanın iqtisadi nailiyyətlərindən söz açıb.
O, Cənubi Qafqaz regionunda Ukraynanın əsas iqtisadi tərəfdaşı kimi Azərbaycanın rolunun artdığını və Ukrayna-Azərbaycan birgə layihələrin reallaşdırlmasını qeyd edib.
Sentyabrın 26-da BakıdaUkraynanındövlətmüstəqilliyinin 27-ci ildönümü vəUkraynadövlətçiliyinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul keçirilib. **
F.İsazadə