Azərbaycan XİN Dağlıq Qarabağ münaqiçəsinə dair danışıqlar prosesində Ermənistanı daha konstruktiv mövqe tutmağa çağırır.
“Dağlıq Qarabağ hər zaman Azərbaycanın tərkib hissəsi olub, gələcəkdə də belə olacaq. Azərbaycan ərazilərinin hərbi yola işğalı müvəqqəti xarakter daşıyır və Ermənistan heç zaman arzusuna çatmayacaq. İrəvan erməni xalqını və dünya ictimaiyyətini aldatmağı dayandırmalı, danışıqlar prosesində konstruktiv iştirak etməli və öhdəliklərini yerinə yetirməlidir”, - Azərbaycan XİN-in Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasında çıxışı zamanı bəyanatlarına cavab olaraq şərhlərində deyilir.
Rəsmi Bakı N.Paşinyanın Dağlıq Qarabağın Azərbaycan tərkibində olacağı halında erməni əhalisinə qarşı soyqırım törədiləcəyinə dair bəyanatlarını əsassız hesab edir. “Erməni xalqına qarşı yeni mifoloji soyqırım təhlükəsinə dair bəyanatlar növbəti yalandır. Azərbaycan indiyədək Bakı və ölkənin digər bölgələrində erməni mədəniyyəti və etnik mənsubiyytinə aid obyektləri qoruyub saxlayır. Ermənistan isə, bunun əksinə olaraq Azərbaycanın işğal olunmuş ərazilərində tam etnik təmizləmə həyata keçirib”, - XİN qeyd edir.
Nazirlik Ermənistan rəhbərliyinin demokratiya, insan haqqları və münaqişənin sülh yolu ilə həllinə dair bəyanatlarını cəfəngiyat hesab edir. “Bu bəyanatlar azərbaycanlıların Dağlıq Qarabağ və digər işğal olunan rayonlara qayıtması təmin olunmayanadək cəfəngiyat olaraq qalacaq”, - bəyanatda qeyd edilir.
XİN Azərbaycan tərkibində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının yaşaması üçün bütün məsələlərin həlli məqsədilə zəruri şəraitin yaradılmasına hazırlıq barədə bəyan edir. **
A.Əzizov