Azərbaycan hökuməti ortamüddətli perspektivdə diferensiallaşdırılmış ƏDV tətbiq etməyi planlaşdırır
entaybrın 26-da Azərbaycan prezidenti İ.Əliyevin təsdiq etdiyi “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, Maliyyə Nazirliyi və Vergilər Nazirliyi 2018–2020-ci illərdə aadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəz etməyi və bu müddətdə ƏDV dərəcəsini diferensiallaşdırılmasını planlaşdırır.
Bütövlükdə, yaxın 3 il ərzində hökumət vergi mexanizimin sadələşdirilməsi və
iqtisadiyyatda vergi yükünün optimallaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır.
Proqrama əsasən, 2021-ci ilə qədər AMB və MBNP 24/7/365 rejimli ani ödəniş sisteminin yaradılması, bank sahəsində rəqəmsal bankçılığın təşviqi üzrə tədbirlər həyata keçirəcək.
Bundan əlavə, 2021-ci ilə qədər nəqliyyat sistemində tam nağdsız qaydada ödənişlərə keçid planlaşdırlır. **
A.Əzizov