Yaxın aylarda iqtisadi əməkdaşlıq üzrə AzərbaycaniləRusiyaarasındaiqtisadi əməkdaşlıqməsələləriüzrə hökumətlərarasıDövlətKomissiyasının növbəti iclası keçiriləcək. Bunu RusiyaFederasiyasınıniqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.
“Cari ilin yay aylarında hökumətlərarasıDövlətKomissiyasının yeni tərkibi formalaşdırılıb. Biz, Şahin Mustafayev ilə DövlətKomissiyasının həmsədrləri olduq. Yaxın bir-iki ay ərzində Komissiyanın növbəti iclası keçiriləcək”, - M.Oreşkin bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarınıngeniştərkibliiclasındbildirib.
Onun sözlərinə görə, eyni zamanda tərəflər əlavə əməkdaşlıq formatı qurublar, hər ay Rusiya biznesinin Azərbaycanda və Azərbaycan biznesinin Rusiyada problemləri müzakirə olunur.
“Format özünü təsdiq edib, biz faktiki olaraq, maneələrin aradan qaldırılması ilə məşğul oluruq”, - nazir əlavə edib.
M.Oreşkin vurğulayıb ki, Azərbaycanla Rusiya arasında ticarət-iqtisadi əlaqələr dərinləşir. “İqtisadi əməkdaşlığın inkişafında maneələrin aradan qaldırılması üzərində plana uyğun şəkildə iş aparılır. Buna görə bu işdə regionlar mühüm rol oynamalıdır. Məhz regionlarda yeni istehsal sahələri yerləşəcək və yeni layihələr yaradılacaq. Regional hökumət səviyyəsində əlaqələr yeni önəm kəsb edir və Rusiya-Azərbaycan işgüzar münasibətlərin yeni keyfiyyətinə imkan yaradacaq”, - o qeyd edib.
M.Oreşkinin sözlərinə görə, tərəflər sənaye, ASK, nəqliyyat shəsində birgə kompleks layihələr üzərində fəal işə hazırdırlar.
AzərbaycaniləRusiya arasındaiqtisadi əməkdaşlıqməsələləriüzrə hökumətlərarasıDövlətKomissiyasının son iclası 16 dekabr 2016-cı ildə Bakıda keçirilib. **
F.İsazadə