5-6 oktyabr tarixində Moskvada Azərbaycan, RF və İranın energetika nazirlikləri arasında üç ölkənin enerji sisteminin birləşdirilməsi məsələsinə dair görüş keçiriləcək. Bunu Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev deyib.
“5-6 oktyabr tarixində Moskvada enerji əməkdaşlığı üzrə İşçi qrupunun iclası keçiriləcək”, - S.Vəliyev 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumun panel sessiyasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında yeni elektrik ötürücü xəttlər çəkmək lazımdır. “Bu, yeni Şimal-Cənub (Rusiya-Azərbaycan-İran) enerji dəhlizinin yaradılasına xidmət göstərə bilər”, - S.Vəliyev əlavə edib. **
B.Rüstəmbəyov