Azərbaycan 2020-ci ilin sonunadək Bakı-Rusiya Federasiyası sərhədi yeni avtomobil yolunu istifadəyə verəcək. Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Azərbaycan və Rusiya öz ərazilərində avtomobil yolları sahəsində infrastruktur layihələr reallaşdırır. Bu günlərdə Azərbaycan prezidentinin iştirakı ilə bütün beynəlxalq standartlara cavab verən Bakı-İran sərhədi avtomobil yolunun açılışı oldu. Rusiya sərhədinə qədər magistral yolumuz var, lakin bizi bu qane etmir. Buna görə, 2020-ci ilin sonunadək istifadəyə veriləcək yeni avtomobil yolu tikilir”, - Ş.Mustafayev Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forum çərçivısində “Nəqliyyat və transit daşımaları sahəsində əməkdaşlığın möhkəmlənməsi” mövzusunda dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Bakı-RF sərhədi və Bakı-İran sərhədi avtomobil yolları ödənişli olacaq. **
F.İsazadə