Rusiya ikitərəfli əlaqələrin qurulması məqsədilə Azərbaycana sənaye missiyaları təşkil etməyi planlaşdırır. Bunu Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.
“Rusiya tərəfi Azərbaycana sənaye missiyaları təşkil etməyi planlaşdırır. Gələn il start verilməsi nəzərdə tutulan missiyaya sənaye müəssisələrinin nümayəndələri daxil olacaq”, - M.Oreşkin bu gün Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində enerji əməkdaşlığının genişlənməsi məsələlərinə həsr olunan dəyirmi masada bildirib.
Onun sözlərinə görə, belə missiyaların əsas məqsədi “əməkdaşlığın qurulması və birgə istehsalat imkanlarının təhlilidir”. **
B.Rüstəmbəyov