Azərbaycan “Azerspace-2” peykinin kommersiya istismarından $400 mln. məbləğində gəlir əldə etməyi ümid edir
Azərbaycan “Azerspace-2” peykinin kommersiya istismarından $400 mln. məbləğində gəlir əldə etməyi ümid edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərkosmos” ASC-dan məlumat verilir.
Xəbər verildiyi kimi, sentyabrəın 26-na keçən gecə Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane-5″ daşıyıcı raketi ilə “Azerspace-2” peyki orbitə göndərilib. Peyk Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.
“Azerspace-2” peykinin orbitdə istismar müddəti 20 il təşkil edəcək. Qiymətləndirmələrimizə əsasən, peykin istismarından kommersiya gəliri $400 mln. təşkil edəcək”, - “Azərkosmos”un nümayəndəsi bildirib.
“Azerspace-2” peyki Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək. Yeni peyk “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. **
A.Əzizov