Bakı və Moskva dəniz nəqliyyatı sahəsində əməkdaşlığa dair yeni iki sənəd imzalamağı planlaşdırır. Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.
“Azərbaycanla Rusiya arasında zəruri normativ-hüquqi baza yaradılıb, avtomobil, dəmir yolları və hərbi nəqliyyata dair hökumətlərarası sazişlər imzalanıb. Hazırda ticarət gəmiçiliyivə “Azərbaycan gəmilərinin Rusiyanın daxili sularındankeçməsi şərtlərihaqqında” saziş layihələrinə baxılır”, R.Quluzadə Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forum çərçivısində “Nəqliyyat və tranzit daşımaları sahəsində əməkdaşlığın möhkəmlənməsi” mövzusunda dəyirmi masada bildirib.
O cümlədən, nazir Rusiya-Azərbaycan sərhədindən keçənSamur çayınınüzərindəki avtomobil körpüsünün tikintisinin tezliklə başa çatacağına ümidvardır. “Bu layihənin reallaşdırılması ölkələrimiz arasında sərnişin və yük daşımalarının artmasına şərait yaradacaq”, - R.Quluzadə vurğulayıb. **
N.Abbasova