Rusiya prezidentinin köməkçisi İqor Levitin Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yükdaşımalarının artması məqsədilə Azərbaycan və İranı dəmir yollarının birləşdirilməsi prosesini sürətləndirməyə çağırıb.
“Dəmir yolu ilə yük daşımaları daha çox yerini yük avtomobillərinə verir. Buna görə, fikrimcə, İran və Azərbaycanın dəmir yollarının birləşdirilməsi məsələsini tezliklə həll etmək lazımdır, çünki dəhlizdən hissə-hissə istifadə oluna bilməz”, - - İ.Levitin Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forum çərçivısində “Nəqliyyat və tranzit daşımaları sahəsində əməkdaşlığın möhkəmlənməsi” mövzusunda dəyirmi masada bildirib. **
A.Əzizov