“Azərbaycan Dəmir Yolları” QSC 2018-ci ilin sonunadək Bakı-Gəncə sürət qatarını işə salmağı planlaşdırır. Bunu QSC-nin sədri Cavid Qurbanov bu gün jurnalistlərə bildirib.
“2018-ci ilin sonunda Bakı-Gəncə sürət qatarını işə salmaq nəzərdə tutulur. Yeni elektrik qatarı saatda 159 km. sürətlə sınaqdan keçib. Həmçinin dəmir yollarında işlər aparılır”, - C.Qurbanov qeyd edib.
Onun sözlərinə görə, 10-15 gündən sonra Bakı-Gəncə istiqamətində hərəkət edəcək sürət qatarlarına baxış keçiriləcək. **
N.Abbasova