Gələcək 10 il ərzində “Azərspace-1” peykinin kommersiya istismarından “Azərkosmos” ASC-nin gəlirləri $220 mln. təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QSC-dan məlumat verilib.
“Azərspace-1” peykinin orbitə buraxılmasından etibarən indiyədək onun həcminin istifadəsindən gələcək 10 il ərzində “Azərkosmos”un gəliri $220 mln. səviyyəsində gözlənilir”, - cəmiyyətdən qeyd ediblər.
Eyni zamanda, peykin istehsalı bə orbitə buraxılması xərcləri $233 mln. təşkil edib.
“Azərkosmos”un məlumatına görə, peykin resurslarının 80%-i kommersiya məqsədilə istifadə olunur. Eyni zamanda, xarici bazarlar hesabına peykin fəaliyyətindən şirkətin gəlirlərinin 80%-i və 98%-i “Azersky” peykinin fəaliyyətindən formalaşır.
“Hazırda “Azərkosmos”un müştəri bazasına dünyanın 25-ə yaxın ölkəsindən 100-dən çox özəl və dövlət şirkəti daxildir. Dəyəri 157 mln. avro təşkil edən “Azersky” peyki istifadəyə veriləndən, onun istifadəsindən “Azərkosmos”un ümumi gəliri $24 mln. təşkil edib”, - şirkətdən qeyd ediblər. **
N.Abbasova