Rusiya və Azərbaycan liderləri ümid edirlər ki, hər iki ölkənin şirkətləri Xəzər regionunda, həmçinin neft və qaz hasilatı sahəsində perspektivli layihələri fəal reallaşdıracaqlar.
“Ümid edirik ki, Rusiya və Azərbaycan şirkətləri Xəzər regionunda perspektivli layihələrin həyata keçirilməsi ilə fəal məşğul olacaqlar. Bu, ilk növbədə, nəqliyyat, yük daşımaları, neft və qaz hasilatı, ekologiya və, sözsüz ki, bioloji resurslar sahələrində layihələrdir”, - Rusiya prezidenti V.Putin Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumda çıxışında bildirib.
Prezident Rusiya enerji şirkətlərinin Azərbaycan bazarında uğurla fəaliyyət göstərdiyini xatırladıb.
Xüsusilə, dövlət başçısı “Rosneft” şirkətinin ARDNŞ ilə birgə yaxın zamanda neft-qaz yatağının kəşfiyyatı və işlənməsinə başlayacağını qeyd edib.
“LUKOYL” Azərbaycanda enerji layihələrinə 4 mlrd. dollar yatırıb edib, “Transneft” isə Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə ixracı üzrə etibarlı tranzitini təmin edir”, - V.Putin vurğulayıb.
O bildirib ki, avtomobil istehsalında kooperasiyanın dərinləşməsi üçün yaxşı imkanlar var.
“Azərbaycan investorları Rusiya ASK obyektlərinin tikintisində iştirak edirlər. Misal üçün, Nijeqorod vilayətində istixana kompleksinin tikintisinə sərmayələr bir milyard rubldan çox təşkil edib. Həmçinin Krasnodar vilayətində ərzaq məhsulları istehsalı müəssisəsini qeyd etmək olar”, - dövlət başçısı qeyd edib. **