Azərbaycanda hökumət və cəmiyyət tərəfindən rus dilinə dəstək Rusiya tərəfindən yüksək qiymətləndirilir. Bunu Rusiya prezidenti Vladimir Putin Bakıda keçirilən 9-cu Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxışında bildirib.
“Biz rus dilinə olan marağı görürük və yüksək dəyərləndiririk. Nəinki Azərbaycan vətəndaşlarının, həm də hökumət tərəfindən, bələdiyyələr, şəhərlərdə rus dilinə marağın şahidi oluruq”, - deyə prezident qeyd edib ki, respublikada 300-dən artıq məktəbdə tədris rus dilində aparılır.
V.Putin vurğulayıb ki, ümumilikdə Rusiya və Azərbaycan humanitar əməkdaşlığın genişlənməsinə xüsusi önəm verir. O cümlədən, elmi və tələbə mübadilənin sayı artır, yüksək ixtisaslı kadrların hazırlanması üzrə birgə proqramlar hazırlanır. “Biz, əlbəttə ki, ölkələrimiz araslnda təhsil, mədəniyyət, elm sahələrində əlaqləri hər vəchlə stimullaşdırmalıyıq, təşviq etməliyik”, - Rusiya lideri vurğulayıb.
O, həmçinin turizm sahəsində ikitərəfli əlaqələrin inkişafına diqqət yetirib. V.Putinin sözlərinə görə, Xəzər dənizi ilə kruiz səyahətlərinin birgə inkişafı planlaşdırılır. **