Belarusun “Polonez” əməliyyat-taktiki raket komplekslərinin növbəti partiyası Azərbaycana gətirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən 301 mm-lik “Polonez” əməliyyat-taktiki raket komplekslərinin növbəti partiyası ölkəmizə gətirilib”, - məlumatda deyilir.
2018-ci ildə “ ölkəmizə gətirilən 301 mm-lik “Polonez”lər Azərbaycan Ordusunun silahlanmasına daxil edilib. Raket Kompleksinin atış məsafəsi 300 km təşkil edir. **
F.İsazadə