Azərbaycanda Gəncə hadisələri ilə əlaqədar 77 nəfər həbs olunub. Bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.
“Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyeva qarşı baş vermiş terror aktı və daha sonra iğtişaşlarla bağlı cinayət işi çərçivəsində 77 nəfər həbs olunub, 11 nəfər haqqında axtarış elan edilib", - Z.Qaralov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu hadisələrlə əlaqədar axtarışa elan edilən bəzi cinayətkarların yerləri müəyyən edilib, hazırda onların Azərbaycana ekstradisiyası ilə bağlı tədbirlər həyata keçirilir
Z.Qaralov əlavə edib ki, açılalan cinayət işi bu ilin sonuna qədər yekunlaşacaq və məhkəməyə veriləcək. **
F.İsazadə