Oktyabrın 18-də Azərbaycanda Milli Turizm Sammitikeçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Turizm Agentliyindən məlumat verilir.
“Sammit daxili və səfər turizminin inkişaf yolları, turizm sahəsində marketinq məsələlərinin müzakirəsi üçün platforma rolu oynayacaq”, - agentlikdən qeyd ediblər.
Sammit çərçivəsində həmçinin turizmin inkişafının stimullaşdırılması məsələlərinə dair dövlət və özəl sektorların nümayəndələri arasında müzakirələr aparılacaq.
“Bundan başqa, tədbirdə yeni turizm brendinin hazırlanması və müvafiq strategiyasının müzakirəsi aparılacaq", - agentlikdən qeyd ediblər. **
A.Əzizov