Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Pekin EXPO 2019” sərgisində təmsil olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
ETSN “Pekin EXPO 2019” sərgisində Azərbaycan pavilyonunun tikinti-quraşdırma işləri üçün Türkiyənin “Durusu Danismanlik İthalat ve İhracat Hizmetleri Ticaret Ltd.” şirkətini seçib.
Müqavilənin dəyəri 1 mln. 581 min 822,68 avro təşkil edir.
29 aprel - 7 oktaybr 2019-cu il tarixinə qədər “Pekin EXPO 2019” sərgisi keçiriləcək. Sərginin mövzusu - yaşıl həyat, daha yaxşı həyatdır (Live Green, Live Better). **
N.Abbasova