Dağıstan Respublikasının Sahibkarlıq və İnvestisiyalar Agentliyinin rəhbəri səlahiyyətlərini icra edən Hacı Həsənov hesab edir ki, Azərbaycanla ticarət dövriyyəsinin artımı məqsədilə bir sıra nəqliyyat-logistika problemlərini həll etmək lazımdır.
“Bu halda iki problem var, birincisi - nəqliyyat, logistika, ikincisi - gömrük rəsmiləşdirilməsidir. İndiyədək sərhədyanı zonada gömrük rəsmilləşdirilməsi müddətini azaltmağa imkan verən layihə artıq reallaşdırılıb. Bu zaman sutkada 300 yük maşını keçirmək mümkün olacaq. Bundan başqa, Samur çayı üzərindən körpü tikilir, bu da iki respublika arasında ümumilikdə nəqliyyat sisteminin ötürülmə qabiliyyətini, və bütövlükdə ölkələr arasında artırmağa imkan yaradacaq. Bu, ilkin məsələdir”, - H.Həsənov Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda Dağıstandan ixracın 50%-i Azərbaycanın payına düşür. “Həmçinin, Azərbaycan və MDB ölkələrindən keçən tranzit ixracı, o cümlədən, xaricə - Türkiyə, İrana ixracı qeyd etmək lazımdır. Bundan başqa, respublikalarımız turizm sahəsində pul vəsaitinin yatırılması nöqteyi-nəzərindən sıx əməkdaşlıq edir”, - H.Həsənov vurğulayıb. **
A.Əzizov