Bank VTB (Azərbaycan)-ın nümayəndə heyəti Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə Bakıda keçirilən IX regionlararası forumda iştirak edib. Forum çərçivəsində bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclasında, eləcə də “Sənaye və energetika: ikitərəfli əlaqələrin perspektivləri” mövzusunda dəyirmi masada iştirak edib.
Bank VTB (Azərbaycan)-ın nümayəndə heyəti iqtisadiyyatın müxtəlif sahələrini, o cümlədən tikinti, nəqliyyat, kənd təsərrüfatı, kimya sənayesi təmsil edən təşkilatlarla görüş keçirib. Bankın əməkdaşları Euroscon, Azvirt, Alliance Group, IsrHolding, Dövlət Aqrar Ticarət Şirkəti , Khazar-Lada, ASGroup, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Kiçik və OrtaBiznesin İnkişafı Agentliyi, Azərbaycandakı Rusiya İxrac mərkəzi kimi təşkilatların nümayəndələri ilə əməkdaşlıq, Azer-Yod şirkəti ilə ixrac faktorinqi məsələlərini müzakirə edib.
VTB-nin Azərbaycandakı fəaliyyəti forumun plenar iclasında da qeyd olunub.
Azərbaycan Rusiya regionlar arası forum hər il keçirilir və iki ölkə arasında işgüzar əməkdaşlığın genişlənməsi məqsədi daşıyır. Forum profil nazirlikləri, Rusiya və Azərbaycan Prezidentləri administrasiyası nümayəndələri, hər iki ölkənin region rəhbərləri, o cümlədən hakimiyyət orqanlarının, işgüzar dairələrin və qeyri-dövlət təşkilatlarının nümayəndələrinin müştərək işləməsi üçün meydançadır.
im olunan və internet İP üzərindən həyata keçirilən SİP telefoniya xidməti imkan verir ki, müştərilər müasir, keyfiyyətli və dayanıqlı rabitədən yararlansınlar.
AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. Qeyd edək ki, şirkət SİP telefoniya xidməti ilə yanaşı müştərilərə internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit xidməti, FTTx (hər hansı bir x nöqtəyə qədər fiber optik xətt), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP, DDOS hücumdan müdafiə kimi telekommunikasiya xidmətləri də təqdim edir.