Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Ermənistan və Azərbaycan arasında dövlət sərhədi və təmas xəttində gərginliyin azalması üzrə tədbirlərin həyata keçirilməsinə dair razılıq əldə ediblər.
“Düşənbədə İ.Əliyev ilə söhbətimiz baş tutdu. İlkin olaraq, müdafiə nazirlərimizə dövlət sərhədi və təmas xəttində gərginliyin azalması üzrə konkret addımlar atmağa dair razlığa gəldik. Bu vacib razılıqdır”, - N.Paşinyan Facebook səhifəsində birbaşa efirdə bildirib.
“Hazırda atəşkəs rejiminin pozulmasına dair razılıq var. Silahlı Qüvvələrimizə əmr verdim, mən baş nazir olandan sonra ötən gecə ən sakit gecə olub”, - N.Paşinyan qeyd edib.
O məlumat verib ki, Azərbaycan prezidenti ilə “danışıqlar prosesinə sadiqliyimizi təsdiq etdik”.
“Biz həmçinin operativ əlaqə yaratmağa dair razlığa gəldik. Texniki detallar müzakirə olunmayıb, lakin müvafiq operativ əlaqə sisteminin yaradılacaq. Əgər atəşkəs rejiminin tam qorunmasını istəyiriksə, bu cür əlaqə qurulmalıdır”, - Ermənistanın baş naziri vurğulayıb. **