Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanm prezidenti İlham Əliyevlə Qarabağ münaqişəsinin həllinə dair ayrıca görüş keçirməyi planlaşdırmır.
“Görüşün keçirilməsi planlaşdırılmır, lakin (Düşənbədə - İF) daima əlaqə saxlayacağımıza dair razıığa gəldik”, - N.Paşinyan bazar günü jurnalistlərə bildirib.
“Sabah ATƏT-in Minsk qrupunun həmsədrlərini atəşkəs rejiminin tam qüvvədə olamsına dair Ermənistanın baş naziri və Azərbaycan prezidenti arasında razılıq barədə məlumatlandıracağıq”, - baş nazir qeyd edib.
O, həmçinin vurğulayıb ki, Azərbaycan prezidenti “normal, ziyalı şəxs” təəssüratı yaradıb.
“Biz normal ünsiyyətdə olduq”, - N.Paşinyan bildirib. **