2018-ci il oktyabrın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $55,5 mln.-dan artıq (cari məzənnə ilə) vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
“Silahlı Qüvvələrin Yardım Fonduna cari il oktyabrın 1-dək 94.005.457,49 AZN, 213.577,88 ABŞ dolları, 12736,0 avro və 5000,0 rubl vəsait daxil olub”, - deyə məlumatda bildirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.*