Milli Məclisin payız sessiyası bu gün öz işinə başlayıb.
«Əminəm ki, parlament uğurlu qanunverici fəaliyyətini davam etdirəcək», - deyə parlamentin sədri Oqtay Əsədov birinci plenar iclasda bildirib.
O vurğulayıb ki, payız sessiyası çərçivəsində bir sıra mühüm qərarların qəbul edilməsi gözlənilir. «Xüsusilə parlament 2019-cu il dövlət büdcəsi haqqında qanun layihəsini nəzərdən keçirəcək və qəbul edəcək», - deyə spiker qeyd edib.
O.Əsədov Milli Məclisin yaz və növbədənkənar sessiyalar çərçivəsində fəaliyyətini qiymətləndirib. «Yaz və növbədənkənar sessiyalar çərçivəsində keçirilən 16 plenar iclasda 261 qanun və qərar qəbul edilib», - deyə o vurğulayıb.*
F.İsazadə