Bazar ertəsi Azərbaycan Ordusunda “NATO günləri” keçirilir. Bu barədə Müdafiə Nazirliy8indən məlumat verilir.
Bununla əlaqədar, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
“O.E.Pedersen Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Hərbi Hava Qüvvələrini komandanlığını ziyarət edəcək”, - məlumatda deyilir.
Qeyd olunur ki, tədbir çərçivəsində zabit və kursant heyəti üçün “NATO-nun strukturu və vəzifələri”, “Azərbaycan-NATO əməkdaşlığı”, “NATO-nun Əməliyyat İmkanları Konsepsiyası”, “NATO və Kibertəhlükəsizlik” və digər mövzularda mühazirələr təqdim olunacaq.
Azərbaycan Ordusunda “NATO günləri” oktyabrın 5-də başa çatacaq. **
F.İsazadə