2-3 oktyabr tarixində Brüsseldə Azərbaycan-Aİ strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların növbəti raundu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin Siyasət və mətbuat şöbəsinin rəhbəri Denis Daniilidisməlumat verib.
“2-3 oktyabr tarixində Azərbaycan nümayəndə heyəti sazişin siyasi bloku üzrə danışıqların növbəti raundunu keçirəcək. Bununla əlaqədar onlar Belçikada səfərdədir”, - Denis Daniilidisbildirib.
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliev nümayəndə heyətinə rəhbərlik edir. **
F.İsazadə