2018-ci ilin yanvar-avqust aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $669,8 mln. təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
"2018-ci ilin yanvar-avqust aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($131,5 mln.), özəl şirkətlər arasında isə “Azerbaijan International Mining Company” ($70 mln.) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - məlumatda bildirilir.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına “Det-al Aluminum” ($80 mln.), "Azərenerji" ($59 mln.), “Azərbaycan Hava Yolları” QSC ($21,4 mln.), "AzerGold" QSC ($21,1 mln.), “SOCAR Methanol” ($15,8 mln.), CTS-Agro MMC ($15 млн), “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ($2,5 mln.), Naxçıvan MuxtarRespublikasınınDövlətEnergetikaXidməti ($0,677 mln.), “Suraxanı Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyəti ($0,607 min) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında "MTK Istehsalat Kommersiya" MMC ($48,1 mln.), Kaspian Fruits MMC ($47,8 mln.), Baku Steel Company ($37,2 mln.), «Qala meyvə–tərəvəz ixracat idxalat» MMC ($23,7 mln.), Azfruittrade ($22,9 mln.), «Food export Shamkir» ($22,8 mln), “Azərbaycan Şəkər İstehsalat Birliyi”MMC ($17 mln.), «Sun Food» MMC ($16,6 mln.), fiziki şəxs Sahib İskəndərov ($16,1 mln.) təmsil olunur.
Azərbaycan bu ilin yanvar-avqust aylarında $1 mlrd. 94 mln. məbləğində qeyri-neft məhsulu ixrac edib. **
N.Abbasova