2018-ci ilin avqust ayında Azexport.az portalına $51,5 mln. məbləğində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2017-ci il yanvarın 1-dən 2018-ci il sentyabrın 1-dək ixrac sifarişləri $842 mln.-a, o cümlədən 2018-ci ilin yanvar-avqust aylarında $367 mln.-a çatıb.
Avqust ayında ən çox ixrac sifarişi alma, şərab, pambıq, pambıq yağı, nar şirəsi, narşarab, toyuq əti, maşın yağı, fındıq, çay, tütün, mineral gübrələr, qənnadı məmulatları daxil olub.
Mərkəzin məlumatına görə, daxil olmuş sifarişlərin 18,2%-i Rusiyanın, 8,6%-i ABŞ-ın, 7%-i Türkiyənin, 4,6%-i İranın, 4,2%-i Böyük Britaniyanın, 4%-i Hindistanın, 3,2%-i Ukraynanın, 3,2%-i isə BƏƏ-nin payına düşür.
2017-ci ildə “Azexport.az” portalına $475 mln. məbləğində ixrac sifarişləri daxil olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azexport.az” portalını 2016-cı ilin dekabr ayında istifadəyə verib.**
B.Rüstəmbəyov