Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bələdiyyə orqanlarında islahatlar aparılmasını təklif edib.
"2019-cu ildə Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bununla əlaqədar bələdiyyə orqanlarının fəaliyyəti ilə bağlı olan qanunvericilik bazasının təkmilləşdirilməsini zəruri hesab edirəm», - deyə o, bu gün parlamentin birinci plenar iclasında bildirib.
Sədr bələdiyyə orqanları əməkdaşlarının sayının azaldılmasının vacibliyini də diqqətə çatdırıb.
«Azərbaycanın bəzi rayonlarındakı bələdiyyə orqanlarında 500 nəfərədək əməkdaş çalışır. 10-20 ailənin yaşadığı bəzi kəndlərdə 3-5 bələdiyyə üzvü var, halbuki bu bələdiyyə orqanlarına bir üzv seçmək daha düzgün olardı», - deyə S.Novruzov qeyd edib.
Onun sözlərinə görə, bələdiyyə orqanlarının əməkdaşlarının sayının azaldılması bələdiyyə sədrlərinin işini də asanlaşdıracaq.*
F.İsazadə