2018-ci ilin yanvar-avqust aylarında“Azərkosmos” ASC-nin iki peykin kommersiya xidmətlərindən gəliri $15,3 mln. təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) materiallrında qeyd olunur.
Xidmətlər “Azerspace-1” və “Azersky” peykləri vasitəsilə göstərilib.
“Cari ilin yanvar-avqust aylarında “Azərkosmos” tərəfindən dünyanın 22 ölkəsinə xidmət ixrac edilib. Bu dövrdə xidmətin əsas həcmi Fransa, Malayziya, BƏƏ, Almaniya və Gürcüstana ixrac edilib. ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86%-ni təşkil edib”, - Mərkəzdən qeyd olunur.
Xəbər verildiyi kimi, “Azərkosmos” ASC 2017-ci ildə iki peykin kommersiya istismarından $23 mln. məbləğində gəlir əldə edib.Ötən il peyk telekommunikasiya xidmətlərininin (“Azerspace-1”) ixracından 14 mln. ABŞ dolları, optik peyk xidmətlərinin (“Azersky”) ixracından isə 9 mln. ABŞ dolları gəlir əldə edilib.
“Azərkosmos”un resurslarından istifadə edən əsas ölkələr bunlardır: Fransa, BƏƏ, Gürcüstan, Almaniya, Çin, Rusiya, Misir, CAR, Kipr, Polşa, İran, Gırğızıstan, Livan, Ukrayna, Böyük Britaniya. Ümumilikdə 20-yə yaxın ölkə ASC-nin xidmətlərindən faydalanır. **
B.Rüstəmbəyov