Azərbaycan 2018-ci ilin yanvar-avqust aylarında $1 mlrd. 94 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 14% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Bu ilin 8 ayı ərzində ixracın strukturunda əsas həcm pomidor ($144,4 mln. – 2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə artım 12,7%), qızıl ($81 mln. – artım 20,2%), polietilen ($63 mln. – artım 10,5%) və elektrik enerjisinin ($59,6 mln. - artım 64,6%) payına düşüb.
Bu dövrdə Azərbaycan daha çox meyvə və tərəvəz ($316 mln. və ya qeyri-neft ixracının ümumi həcminin 29%-i) ixrac edib
Yanvar-avqust aylarında Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($375,2 mln. – artım 10,9%), Türkiyə ($249,8 mln. – artım 20,44%), İsveçrə ($92,2 mln. – artım 10,3%), Gürcüstan ($88,5 mln. – azalma 2,7%), və Çin ($32,2 mln. – artım 1,7 dəfə) daxildir. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 34,3%-i RF-nin payına düşüb.**
B.Rüstəmbəyov