Bazar ertəsi Bakı şəhəri Binə qəsəbəsində sərnişin avtobusu və qatarın toqquşması nəticəsində bir nəfər həlak olub, 7 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Səfayə Əhmədova məlumat verib.
“Sərnişin avtobusu və qatarın toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan biri yolda ölüb”, - S.Əhmədova deyib.
Onun sözlərinə görə, hadisə yerinə 10 həkim briqadası göndərilib.“Yaralılar Sabunçu qəsəbəsində 3 saylı Şəhər Klinik Xəstəxanasındayerləşdirilib”, - S.Əhmədova bildirib.
Hazırda yol qəzasının səsbələri araşdırılır. **
F.İsazadə