Monteneqronun baş naziri Duşko Markoviçin Azərbaycana səfəri çərçivəsində Bakı və Podqoritsa ikitərəfli sazişlər paketi imzalamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Cari ilin sonunadək baş nazir D.Markoviçin Azərbaycana səfəri planlaşdırılır. Hazırki mərhələdə gündəlik və səfərin tarixi üzərində iş aparırıq”, - agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, tərəflər bir sıra ikitərəfli sənədlər imzalamağı və bir sıra tədbirlər keçirməyi planlaşdırır.
“Bu, baş nazir qismində D.Markoviçin Azərbaycana ilk səfəridir. Bununla əlaqədar, bir sıra ikitərəfli sazişlər imzalamaq, həmçinin biznes forum və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasını keçirmək niyyətindəyik”, mənbə vurğulayıb. **
F.İsazadə