Azərbaycanın «Glass House» şirkəti Dağıstanın “Xəzər Vərəqə Şüşə Zavodu” SC ilə 2019-cu ildə vərəqə şüşənin tədarükü haqqında $5 mln. dəyərində saziş imzalayıb.
Rusiya şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, saziş 27-28 sentyabr 2018-ci il tarixlərində Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində imzalanıb.
"Saziş gələn il “Glass House” şirkətinə $5 mln. dəyərində vərəqə şüşənin tədarükünü nəzərdə tutur", - deyə məlumatda bildirilir.
“Glass House” Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir.*
B.Rüstəmbəyov