Daxili İşlər Nazirliyində Bakıda avtobus və qatarın toqquşması faktı üzrə cinayət işi başlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Binə qəsəbəsində sərnişin avtobusu ilə yük qatarının toqquşması nəticəsində 1 nəfər ölüb, 34 nəfər xəsarət alıb.
Hazırda qəzanın səbəbləri müəyyən edilir.*
F.İsazadə