Azərbaycanın gömrük orqanları yaşı 1 əsrdən çox olan6 ədəd qədim xalçanın qaçaqmalçılıq yolu ilə Türkiyəyə aparılmasının qarşısını alıb.
«Yaşı 1 əsrdən çox olan 6 ədəd qədim xalça Bakı-İstanbul aviareysi ilə getmək istəyən İran İslam RespublikasınınvətəndaşıFatahei Hosseinə məxsus baqajda aşkar edilib”, - deyə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.
Bəyan edilməmiş xalçalar Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.*
F.İsazadə