Cari ilin sonuna qədər Ermənistan və Azərbaycanın XİN başçıları Zoqrab Mnatsakanyan və Elmar Məmmədyarov Qarabağ münaqişəsinin həllinə dair daha bir görüş keçirəcəklər. Bunu Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bu gün deyib.
“Yəqin ki, ilin sonunadək Ermənistan və Azərbaycan XİN başçıları arasında görüş keçiriləcək”, - T.Balayan İrəvanda keçirilən brifinqdə bildirib.
Sentyabrın 27-də Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda erməni həmkarı ilə görüşün yekunlarına dair bəyan edib ki, oktyabrda nazirlər Qarabağ münaqişəsinin həllinə dair danışıqları davam etdirəcəklər.
“Biz gələn ay, həmçinin həmsədrlərin (ATƏT-in Minsk qrupunun - İF) regiona səfəri çərçivəsində danışıqları davam etdirməyə dair razılığa gəldik”, - E.Məmmədyarov BMT Baş Assambleyası çərçivəsində görüşün yekunları üzrə bildirib. Bu barədə Azərbaycan XİN-in məlumatında qeyd olunur. **